Ağdaş Yem Fabriki

01 may 2014 cü ildən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin açılışını etdiyi Gilan Ağdaş Yem Fabriki “GP STOCK FEED” MMC adı altında fəaliyyətə başlamışdır. 8 ha sahəsi olan və 2 istehsal fabrikindən ibarət olan zavodun 1 saat ərzində 75 ton, illik 200 000 ton müxtəlif çeşidli yem məhsulları istehsal etmə gücünə malikdir. Hazır məhsul istehsalı üzrə 1ci fabrik gücü saatda 15 ton preslənmiş və 20 ton açıq yem, 2ci fabrik saatda 45 ton preslənmiş və 55 ton açıq yem istehsal potensialına qadirdir. MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu potensiala malik, müasir avadanlıqlarla təchiz edilmiş fabrik yoxdur.

2014 cü ildən bu günə kimi böyüməkdə davam edən və hazırki dövr kənd təsərrüfatının qabaqcıl əsas sektorlarından sayılan yemçilik sektorunda öndə gedən cəmiyyətlərdən biri olan Ağdaş Yem Fabriki İribuynuzlu, xırdabuynuzlu və quş yemiləri üzrə 40 çeşiddən çox yem istehsalı və satışını həyata keçirməkdədir. İstehsal və satış mərkəzi Ağdaşda yerləşən fabrik ölkənin dördbir yanına satış şəbəkəsini yaratmaqla bərabər hal hazırda ölkə sərhədlərindən kənarda bir neçə xarici dövlətlərə də ixracat fəaliyyəti göstərməkdədir. Bu sektora ilk addım atdığımız ildən bəri bazar payımızı artırmaqla sektorun ən qabaqcıl brendi kimi böyüməyə davam edirik. Biz keyfiyyətə bağlılığımızla və təcrübəli mütəxəssis heyətimizlə müasir texnologiya standartlara riayət etməklə daim işlərimizi təkmilləşdiririk.

Cəmiyyətin istehsalında xüsusi yem tərkiblərindən başqa istehsal zamanı istifadə olunan xammal məhsulları arpa, buğda, qarğıdalı, günəbaxan, pambıq çiyidi, soya yağı, soya şrotu həm yerli fermerlərdən, həmdə müəssisəmizə məxsus əkin sahələrindən tədarük edilir. Bunun üçün ölkənin bir çox kənd təsərrüfatı təyinatlı bölgələrindən sayılan Samux, Xızı, Cəlilabad, İmişli, Qobustan rayonlarında taxıl,qarğıdalı və günəbaxan əkin sahələri yaradılıb.İstehsal olunan malın böyük hissəsinin daxili bazarda satışı reallaşması ilə yanaşı, böyük quşçuluq təsərrüfatları, heyvandarlıq təsərrüfatlarıı, iri fermer təsərrüfatlarıı və ailə fermer təsərrüfatları təşkil edir.

Fabrik günlük olaraq 600 ton yem istehsal etmə gücünə malikdir. Hazırda cəmiyyət 100 nəfər daimi işlə təmin olunmuş işçi qüvvəsi ilə fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti yerli sakinlərdir. İstehsal olunan hazır yem məhsulları müasir avadanlıqlarla təchiz olunan və müasir standartlara cavab verən fabrikə məxsus labaratoriyada hər çeşid üzrə analiz edilərək satışı təşkil olunur. Bundan başqa xammal kimi istifadə olunan məhsullar üzrə labaratoriya testləri aparılaraq uyğunluq üzrə nəticələr müəyyən olunduqdan sonra istehsala istifadəyə verilir.


Hədəflərimiz və öhdəliklərimiz:

  • İxrac potensialını maksimumlaşdırmaqla xarici bazara inteqrasiya.
  • İstehsalatda daha müasir və ekoloji cəhətdən beynəlxalq satndartların tətləblərinə cavab verən istehsal davamlılığı.
  • Yemçilik sektorunda davamlı olaraq ən öndə gedən rəqiblərdən olmaq.
  • Əhalinin məşğulluğunun səmərəliyi, həmdə kənd təsərrüfatın inkişafına dəstək vermək.