Vakansiyalar

Aşağıdakı hissədə siz Ağdaş yem Fabrikində hal-hazırda mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə və müraciət edə bilərsiniz:


Energetik

Əsas vəzifə və öhdəlikləri

  • Fabrikin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək
  • Enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
  • Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən fabrikin enerji təsərrüfatını təmin etmək;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Su, qaz və elektrik istehlakının rejim və yüklənmə qrafikinə əsasən su və qaz təchizatının qənaətlə istifadəsinə nəzarət etmək.
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək
  • Yeni istifadəyə verilmiş texnoloji sexlərin elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək
  • Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş   miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək;
  • Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək
  • Fabrikdə elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə titul siyahılarını tərtib etmək
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək
  • Tabeliyində olan sex və şöbələrə nəzarətin edilməsi.
  • Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Fabrikdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
  • Qaz şəbəkələrində birləşdirmələrin və elektrik izolyasiyaların, qoruyucu vasitələrin vaxtında yoxlanmasına nəzarət etmək.
  • Baş energetikə tabe olan işçinin vəzifə təlimatını, fabrikin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlayıb təsdiq etmək.
  • Hər ay t/t vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan rəhbərlər ilə müşavirələr keçirmək.
  • Fabrik üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin, yanacağın norması və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;

İş şərtləri

  • Yaş həddi - 25-50
  • Təhsil - ali (diplom və sertfikat mütləqdir)
  • İş təcrübəsi - 3-5 il
  • İş yeri - Ağdaş Ləki qəsəbəsi
  • Əmək haqqı biliyinə görə qiymətləndiriləcək
  • İş vaxtı - 5 iş günü 09:00-18:00

Müraciət etmək istəyən namizədlər CV formalarını “subject” bölməsində müraciət etmək istədikləri vakansiya və ya sahənin adını qeyd etməklə hr@gilanfeed.com mail ünvanına göndərə bilərlər.